Monitorlar üçün 8K formatlı ilk panel hazırlanıb Oktyabr 05, 2015 | 10:00 / Maraqlı məlumatlar

“Japan Display” şirkəti masaüstü kompüter monitorları üçün 7680x4320 təsvir ölçüsünə malik 17,3 düymlük 8K formatlı ilk maye-kristal panel hazırlayıb. Bu göstərici Full HD ilə müqayisədə 16 dəfə, 4K ilə müqayisədə isə 4 dəfə yüksəkdir.

Şirkətdən bildirilib ki, televizorlarda bu panelin tətbiqi müəyyən vaxt tələb edir. Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin planına əsasən, 8K formatlı kommersiya televiziya yayımının tətbiqi yalnız 2018-ci il üçün nəzərdə tutulub.

hi-news.ru saytının məlumatına görə, 7-10 oktyabr 2015-ci il tarixlərdə Yaponiyada keçiriləcək “CEATEC” sərgisində təqdim ediləcək panelin satışa çıxarılma tarixi açıqlanmayıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı