Əşyaları toxunaraq tanıyan robot hazırlanıb Oktyabr 02, 2015 | 12:00 / Maraqlı məlumatlar

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun Süni İntellekt və Kompüter Texnikası Laboratoriyasının tədqiqatçıları silikon materialdan manipulyator hazırlayıblar. Robotlar manipulyatorun köməyilə obyektlərin formasını müəyyənləşdirəcəklər.

gazeta.ru saytının məlumatına görə, qurğu müxtəlif forma və möhkəmliyə malik əşyaların götürülməsi zamanı obyektin səthinin bərkliyini və əyriliyini müəyyənləşdirən xüsusi datçiklərlə təchiz edilib. Alqoritm robotun barmaqlarının düzülüşü barədə məlumatı və datçiklərdən əldə olunan göstəriciləri məlumat bazası ilə müqayisə etməklə robotun əlində hansı obyekti tutduğunu təyin edir. Robot qarşısındakı obyektin xüsusiyyətlərini bildikdən sonra müəyyən güc sərf edərək onu götürür.

Sistem formaca bir-birinə oxşar əşyaları da effektiv şəkildə ayırd edir. Yumşaq robot barmaqlarından istifadə isə CD disk və ya kağız kimi mürəkkəb obyektləri götürməyə imkan verir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı