İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması və inkişaf etdirilməsində İKT-nin əsas elmi-tədqiqat istiqamətləri müzakirə olundu Yanvar 24, 2014 | 04:00 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, Elmin inkişafı üzrə Milli Strategiyada və “Azərbaycan-2020” İnkişaf konsepsiyasında müasir İnformasiya cəmiyyəti quruculuğu şəraitində formalaşan yeni iqtisadiyyat qarşısında bir çox mühüm vəzifələr qoyulmuşdur. Həmin vəzifələrdən biri də innovasiya və elm tutumlu sahələrin inkişafına daha çox diqqət yetirməkdir. Bu səbəbdən, ölkədə innovativ informasiya iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsi aktual məsələlərdən biri hesab olunur. 

İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev Elmi şuranın iclasında bu istiqamətdə cari ildə görüləcək işlərlə bağlı fəaliyyət planını təqdim etdi. Qeyd etdi ki, rəhbərlik etdiyi şöbə əsasən informasiya iqtisadiyatı problemləri ilə, həmçinin sosial-iqtisadi sistemlərin informasiyalaşdırılması məsələləri ilə məşğul olur. 2014-cü ildə şöbə qarşısında informasiya cəmiyyəti iqtisadiyyatının formalaşması və inkişafı üzrə model və mexanizmlərin təhlili və işlənilməsi, innovativ strukturların fəaliyyətinin və innovasiya proseslərinin idarə olunması sisteminin metod və mexanizmlərinin işlənilməsi istiqamətləri üzrə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır. 

Ə.Əliyev bildirdi ki, birinci istiqamət üzrə informasiya və biliklər iqtisadiyyatının strukturu və xüsusiyətlərinin təhlili, informasiya və biliklər iqtisadiyyatının regional formalaşması sahəsində mövcud vəziyyət, inkişaf tendensiyaları və problemlərin tədqiqi nəzərdə tutulur. Elmi-tədqiqat işləri çərçivəsində, həmçinin informasiya iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsini xarakterizə edən əlamət və göstəricilər sistemi müəyyənləşdiriləcək, informasiya iqtisadiyyatına ən çox təsir edən İKT sferasında mövcud vəziyyətin iqtisadi – statistik təhlilinə və həmin sferada çoxsektorlu iqtisadiyyatın inkişaf proseslərinin modelləşdirilməsinə başlanılacaq. 

İkinci elmi-istiqamət üzrə isə innovativ strukturların fəaliyyətini və innovasiya proseslərini xarakterizə edən göstəricilər sisteminin işlənilməsi, eləcə də innovasiya proseslərinin modelləşdirilməsinin ümumi prinsip və xüsusiyətlərinin təhlil edilməsi nəzərdə tutulur. Bundan başqa, innovativ strukturlarının fəaliyyətinin təşkili və innovasiya proseslərinin idarə olunmasının modelləşdirilməsi məqsədilə həm respublikada, həm də beynəlxalq sahədə mövcud model və mexanizmlərin araşdırılması planlaşdırılır. 

Məruzə ətrafında ətraflı fikir mübadiləsi aparıldı, təklif və iradlar səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı