Proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatı portalı istifadəyə verilib Sentyabr 22, 2015 | 10:46 / Mühüm hadisələr

Təhsil müəssisələrinin istedadlı gəncləri üçün proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkilati-metodik təminatı  portalı -  informatika.edu.az istifadəyə verilib.

Portal Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı tərəfindən hazırlanıb.

Layihənin rəhbəri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, texniki rəhbəri Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, meneceri "Bakı" nəşriyyatının direktoru Zaur İsayev və proqramçısı R.Qədirovdur

Beynəlxalq informatika olimpiadalarının keçirilmə və qiymətləndirmə qaydalarına cavab verən sayt proqramlaşdırma üzrə olimpiadalar üçün məsələlərdən və özəl yoxlayıcı moduldan (sistemdən) ibarətdir. Burada proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün şagirdlər müxtəlif səviyyəli məsələlər həll edə bilərlər. Onlayn yoxlama qaydaları ilə "Yardım" bölümündə, məsələlərin şərtləri ilə "Məsələlər" bölümündə tanış olmaq mümkündür. Məsələlərin onlayn müzakirələri istifadəçilərin onların həllində qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa yardım edəcək.

Şagird həll etdiyi məsələlərin sayı və onların mürəkkəblik dərəcələrinə görə fərdi reytinq cədvəlində öz yerini görə bilər. Portalda proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var.

Onu da qeyd edək ki, cari tədris ilində Respublika İnformatika Olimpiadasının bu portal əsasında keçirilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı