İnstitut əməkdaşlarının məqaləsi Türkiyənin nüfuzlu jurnalında dərc olunub Sentyabr 22, 2015 | 10:44 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov, layihənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət MahmudovaTuğrul Aktaşın “System of recognition of an accessory of persons to racial and an ethnic group on the basis of photographs” (“Fotoportretlər əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınması sistemi”) adlı məqaləsi “International Journal of Applied Mathematics, Electronics and Computers” (Türkiyə) jurnalında dərc olunub.

Məqalədə insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında etalon təsvirin formalaşması və xarakteristik əlamətlərin analizi üçün alqoritm işlənmişdir. Sifətin seçilmiş həndəsi nöqtələri və bazada olan fotoportretlərin xarakteristik əlamətlərinin hesablanması alqoritmi əsasında etalon təsvirin xarakteristik əlamətləri formalaşdırılır. Sonra ixtiyari təsvirin xarakteristik əlamətləri etnik qrupların etalon təsvirlərinin xarakteristik əlamətləri ilə müqayisə edilir və insanın mənsub olduğu irqi və etnik qrup müəyyən olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı