“Proqram mühəndisliyi” mövzusunda araşdırmalar davam etdirilir Yanvar 23, 2014 | 02:47 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin fəaliyyət planını təqdim edib. O, elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin çapı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək işlər haqqında məlumat verib. 

T.Kazımov bu il fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi mövzusu üzrə insan sifətinin irqi mənsubiyyətinin həndəsi əlamətlərə əsasən tanınma metodlarının tədqiq olunacağını bildirib. Qeyd edib ki, səmərəli qərarların qəbul olunması üçün vahid biometrik şəbəkədən istifadə etməklə tanınma keyfiyyətinin artırılması mümkündür. 

Məruzəçi proqram mühəndisliyi üzrə informasiya-idarəetmə sistemlərində proqram təminatının etibarlığının artırılması problemlərinin təhlili məsələsinə də toxunub. Bildirib ki, proqram mühəndisliyi – kompüter elminin çox böyük və mürəkkəb bir sahəsidir. Mürəkkəb sistemlərin işi sistemin yaradılması ideyasından başlayır, layihələndirmə, proqramlaşdırma, tətbiq və sistemin müşayiət edilməsi ilə başa çatır. Sistemin arxitekturasının düzgün seçilməsi məhsuldarlıq, təhlükəsizlik, etibarlıq və s. kimi xarakteristikalara təsir edir. Proqram təminatının etibarlığının artırılması bəzi idarəetmə sistemlərində vacib şərtlərdən biridir. 

Alim elmi-innovasiya işləri çərçivəsində görüləcək işlərdən də danışıb. AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı üçün “Kadrlar” informasiya-analitik sisteminin hazırlanması və tətbiqinin nəzərdə tutulduğunu qeyd edib. 

Aparılan elmi tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçiriləcəyini də diqqətə çatdırıb. 

Fəaliyyət planı ətraflı müzakirələrdən sonra qəbul edilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı