Elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunması müasir dövrün tələblərindəndir Sentyabr 21, 2015 | 11:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının elmi fəaliyyətinin “Google Scholar” (elmi nəşrlərin tam mətnləri üzrə axtarış sistemi) və “Vikipediyada” əks olunması qaydalarına həsr olunmuş məruzə dinlənilib. Bu haqda institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova  təqdimatla çıxış edib. 

Elmi fəaliyyətin “Google Scholar” və “Vikipediya”da əks olunmasının müasir dövrün tələblərindən olduğunu bildirən sektor müdiri məlumatlar daxil edilərkən yol verilən yanlışlıqlardan, onların həlli yollarından danışıb. Axtarış sistemindəki məlumatlara əsasən institut əməkdaşlarının əsərlərinə olan istinadlar və onların H-indeksi haqqında statistik məlumatları diqqətə çatdırıb.

Məruzəçi Vikipediya”da əməkdaşların biblioqrafiyalarının tam əks olunmasının zəruriliyini qeyd edib.

Tədbirdə məruzə ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı