ikt.az saytının fəaliyyəti və inkişaf perspektivləri müzakirə olundu Sentyabr 21, 2015 | 10:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutun  ikt.az saytının fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub. İclasda təqdimatla şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edib.

Şöbə müdiri cəmiyyətin informasiyaya olan tələbatının ödənilməsində digər informasiya resursları ilə yanaşı elmi-texniki təyinatlı veb-sayt və portalların da mühüm rol oynadığını bildirib. Aparılan elmi tədqiqatların, əldə olunan innovativ nəticələrin təbliği, respublika və beynəlxalq səviyyəli  konfrans və seminarların, İKT sahəsində yeniliklərin işıqlandırılması baxımından veb-saytların fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

İnstitutun www.ikt.az rəsmi veb-saytının fəaliyyəti haqda məlumat verən G.Nəbibəyova saytın 2007-ci ildə fəaliyyətə başladığını qeyd edib. O, saytın Facebook, Twitter kimi məşhur sosial şəbəkələrdə səhifəsinin olduğunu nəzərə çatdıraraq, istənilən idarə və təşkilatın fəaliyyətinin geniş təbliği baxımından bu kimi tədbirlərin görülməsinin müasir dövrün tələblərindən olduğunu vurğulayıb.

Şöbə müdiri veb-saytın xüsusiyyətləri, tərkib hissələri ilə bağlı məlumat verib. O, həm statik, həm də dinamik kontentlərin hazırlanmasına dair işin təşkili haqqında ətraflı danışıb. ikt.az-ın müxtəlif göstəricilər üzrə statistik məlumatlarını nəzərə çatdırıb. Sayta olan müraciətlərin dinamikasını təqdim edib. Saytın “Xəbərlər” bölməsinin statistikası, müraciətlərin illər üzrə dinamikası, müraciətlərin ölkələr üzrə paylanması ilə bağlı məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra ikt.az saytının fəaliyyətinin yüksək səviyyədə təşkili ilə bağlı müzakirələr aparılıb,  müxtəlif fikirlər səsləndirilib, təklif və tövsiyələr bildirilib. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı