Ölüm tarixini öncədən müəyyən edən superkompüter təqdim edilib Sentyabr 18, 2015 | 10:31 / Maraqlı məlumatlar

ABŞ-ın Boston şəhərində yerləşən “Beth Israel Deaconess Medical Center” tibb mərkəzində quraşdırılmış superkompüter tibbi məlumatlar əsasında xəstələrin ölüm tarixini 96 faiz ehtimalla öncədən proqnozlaşdırır. “Əgər kompüter sizə öləcəksiniz deyirsə, deməli, növbəti 30 gün ərzində siz dünyadan köçəcəksiniz” - mərkəzin doktoru Stiv Xornq deyib.

gazeta.ru saytının məlumatına görə, sistem 30 il ərzində mərkəzə müraciət etmiş 250 min xəstə haqqında məlumatları özündə saxlayır və hər 3 dəqiqədən bir palatalardakı xəstələrin həyat fəaliyyətinin parametrlərini qeydə alır.

Lakin həkimlər superkompüterdən ölüm tarixinin öncədən xəbər verilməsi üçün istifadə etməyi planlaşdırmırlar, onun əsas təyinatı düzgün diaqnozun qoyulmasıdır. Sistem xəstələr barədə məlumatlara əsaslanaraq nadir xəstəlikləri aşkarlaya bilir.

Qeyd edək ki, superkompüter mərkəzdə istifadə edilən yeganə innovasiya deyil. Burada həkimlər pasiyentin xəstəlik tarixçəsini öyrənməyə imkan verən “Google Glass” reallıq eynəyindən istifadə edirlər.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı