Prezident İlham Əliyev: "Son bir neçə il ərzində yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq" Sentyabr 16, 2015 | 11:05 / Mühüm hadisələr

Bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Prezident İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman iştirak ediblər. Tədbirdə hər iki dövlət başçısı çıxış edib.

Prezident İ.Əliyev forumdakı geniş nitqində yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində ölkədə görülən işlərdən də bəhs edib: "Son bir neçə il ərzində biz müasir yüksək texnologiyalar sahəsinə böyük sərmayələr qoymuşuq. Artıq kosmos sənayesini yaratmışıq. İki peykimiz var. Biri telekommunikasiya sahəsində "Azerspace", digəri isə, müşahidə işində "Azerisky" peykləridir. Bir sözlə ölkədə kosmik sənaye də inkişaf edir".    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı