3D-printer vasitəsilə qabırğa və döş sümüyü çap edilib Sentyabr 16, 2015 | 09:41 / Maraqlı məlumatlar

3D çap texnologiyalarının hazırlanması və tətbiqi ilə məşğul olan Avstraliyanın “CSIRO” şirkəti döş sümüyü və qabırğaların titan materialından ibarət implantatını yaradıb. Nəticədə o, xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə implantasiya edilib.

hi-news.ru saytının məlumatına əsasən, döş sümüyü və qabırğalar geometrik formaya malik olduğuna görə implantasiya üçün çox vaxt istifadə edilən düz implantatlar vaxt ötdükcə zəifləyə bilər. Bu səbəbdən ispaniyalı cərrahlar komandası qərara alıb ki, döş qəfəsinin sarkomasından əziyyət çəkən 54 yaşlı ispanın anatomik xüsusiyyətləri nəzərə alınmaqla titan materialından 3D çap implantatı ən yaxşı həldir.

Həkimlər implantatın konfiqurasiyası sayəsində onu insanın döş sümüyünün sağlam sümüklərinə xüsusi vintlərlə bərkidiblər. Əməliyyat uğurla keçib və 12 gün sonra xəstə evinə buraxılıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı