AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsinin təşkili işləri aparılır Sentyabr 14, 2015 | 02:00 / Mühüm hadisələr

AMEA-da doktoranturaya qəbul  və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsinin təşkilinə dair işlər aparılır. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutun Elmi Şurasının iclasında bildirib.  

Şöbə müdiri bildirib ki, AMEA Prezidentinin 9 iyun 2015-ci il tarixli “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün institutda işçi qrupu yaradılıb: “AMEA-nın institut və təşkilatlarından daxil olan müraciətlər əsasında test sisteminin tətbiqi üçün proqram təminatının yaradılması və yerlərdə istismara verilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur”. O,  sərəncamın icrası ilə əlaqədar cari ilin iyul ayının 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinin birgə təşkilatçılığı ilə seminar-müşavirənin keçirildiyini diqqətə çatdırıb.

F.Yusifov  akademiyada bütün fənlər üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının bu ilin dekabr ayında keçiriləcəyini söyləyib.

Şöbə müdiri institutda respublikanın bütün doktorant və dissertantları üçün informatika fənni üzrə doktorluq imtahanlarının 2013-cü ilin iyun ayından etibarən elektron test üsulu ilə keçirildiyini qeyd edib: “Tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə test tapşırıqları hazırlanır, institutun Elmi Şurası tərəfindən təsdiq edildikdən sonra test bazasına daxil edilir. Nəticədə formalaşmış yeni test bazası əsasında elektron test sistemi hazırlanır”.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı