Yeni texnologiya iflic olmuş şəxslərə tənəffüs siqnallarının köməyilə ünsiyyət qurmağa imkan verəcək Sentyabr 08, 2015 | 10:00 / Texnoloji yeniliklər

Son bir neçə il ərzində alimlər tərəfindən iflic olmuş şəxslərə siqnalların konvertasiyası sistemlərinin köməyilə ünsiyyət qurmağa imkan verən bir çox texnologiya hazırlanıb. Lakin bəzi hallarda iflic olmuş insanlar hətta göz hərəkətlərinin hesablanmasına əsaslanan texnologiyaları idarə edə bilmirlər. Bu zaman daha universal və sadə idarəetmə sisteminin hazırlanmasına ehtiyac duyulur.

Bu səbəbdən Böyük Britaniyanın Lafboro Universitetində fəaliyyət göstərən bir qrup alim tənəffüs siqnallarının sözə çevrilməsinə əsaslanan yeni texnologiya hazırlayıb.

nanonewsnet.ru saytının məlumatına görə, sistem pasiyentin burun və ağzını örtən maskadan və xüsusi kompüter interfeysindən ibarətdir. Pasiyent nəfəs aldıqda proqram təminatı hər hansı sözə və ya ifadəyə uyğun olan şablonu tanıyır. Texnologiyanın üstünlüyü ondan ibarətdir ki, tənəffüs siqnallarının hansı söz və ya ifadəyə uyğun olacağını istifadəçi özü seçir.

Kliniki sınaqlar zamanı sistemin könüllü pasiyentlərin nə demək istədiyini 97,5 faiz düzgün əks etdirdiyi məlum olub.

Müəlliflərin sözlərinə görə, sistem universal olması ilə fərqlənir. Belə ki, yeni texnologiya iflicin istənilən növündən əziyyət çəkən insanlara uyğun gəlir və əl-ayaqların, hətta üz əzələlərinin fəal işləməsini tələb etmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı