“Samsung” şirkəti “ağıllı ev” üçün idarəetmə sistemini təqdim edib Sentyabr 07, 2015 | 11:30 / Maraqlı məlumatlar

Berlində keçirilən “IFA 2015” sərgisində Cənubi Koreyanın “Samsung” şirkəti  “ağıllı ev üçün 200-dən çox müxtəlif ev qurğusunun hərəkətini sinxronlaşdıran idarəetmə sistemini təqdim edib.

hitech.newsru.com saytının məlumatına görə, yeni sistem “Samsung”un “SmartThings” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.

“Samsung Smart Things Hub adlandırılan sistemin mərkəzi qurğusu bir növ sistemin ayrı-ayrı modullarından məlumatların daxil olduğu server rolunu oynayır.

“Samsung Smart Things Hub”ı “Android” və ya “iOS” üçün mobil proqramın köməyi ilə idarə etmək olar. Qurğu 10 saata qədər avtonom işləmək qabiliyyətinə malik daxili akkumulyatorla təchiz edilib.

Yeni qurğunun dəyəri ABŞ-da 99 dollar təşkil edir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı