E-hökumətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi haqqında məqalə nüfuzlu jurnalda dərc olunub Sentyabr 04, 2015 | 09:42 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin “Нечеткая когнитивная модель стратегического управления информационной безопасностью электронного правительства” (“E-hökumətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model”) adlı məqaləsi “Информационные технологии” (Rusiya) jurnalında dərc olunub.

Məqalədə e-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsində qeyri-səlis koqnitiv modelləşdirmənin tətbiqi xüsusiyyətlərinə baxılıb. E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi faktorları müəyyən edilib və ekspert qiymətləndirməsi əsasında informasiya təhlükəsizliyinin idarə edilməsi üçün qeyri-səlis koqnitiv xəritə qurulub. Təklif edilmiş koqnitiv modelin əsasında e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsində müxtəlif strategiyaların nəticələri analiz olunub.    

“Информационные технологии”, №6. Том 21. 2015, с. 440-447

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı