Smartfonlar yanğın təhlükəsindən xəbər verəcək Sentyabr 02, 2015 | 12:00 / Texnoloji yeniliklər

Yaxın gələcəkdə smartfonlar, “ağıllı” saat və digər qurğular tüstünü aşkar edəcək naqilsiz sistemlə təchiz olunacaq. “Apple” şirkəti artıq bunun üçün patent də alıb. Şirkət öz məhsullarında yanğından qorunma funksiyasını quraşdırmaq niyyətindədir. Bu haqda appleinsider.com saytında bildirilib.

Patentin müəllifləri iOS-qurğularını kiçik tüstü sensorları ilə təchiz etməyi təklif edirlər. Bu sensorların dinamik, mikrofon və ya korpusdakı hər-hansı bir dəlikdə quraşdırılması nəzərdə tutulur.

Sistem havada tüstünü aşkar etdiyi halda öz sahibini xəbərdar edəcək, yanğınsöndürmə sistemini aktivləşdirəcək, həmçinin fövqəladə xidmətlərə hadisə haqqında informasiya ötürəcək. Patentdə o da göstərilib ki, sistem təkcə yanğınsöndürənlərə yanğın haqda xəbər verməyəcək, həm də hadisənin yaxınlığında olan insanların sayını bildirəcək ki, bu da yanğınsöndürənlərin işinin səmərəliliyini artırmağa imkan verəcək.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı