“Apple” yeni nəsil hibrid daşınan elektronikanın yaradılması üzrə layihədə iştirak edəcək Avqust 31, 2015 | 11:30 / Maraqlı məlumatlar

“Apple” şirkəti ABŞ Müdafiə Nazirliyinin yüksək elastikliyə malik müxtəlif materialların strukturuna inteqrasiya edilən yeni nəsil elektronika və sensorlu texnikanın yaradılması üzrə layihəsində iştirak edəcək. Bu barədə ABŞ müdafiə naziri Eşton Karter bildirib.

Nazir qeyd edib ki, Pentaqon hibrid elektronika nəslinin yaradılmasına 75 milyon dollar ayıracaq. Pentaqon 162 şirkəti birləşdirən birgə müəssisənin - Elastik Hibrid Elektronika İnstitutunun (Flexible Hybrid Electronic Institute) iştirakçısı olacaq.

ictnews saytının məlumatına görə, layihədə “Apple” ilə yanaşı, “Boeing” aviaşirkəti, Harvard Universiteti və digər maraqlı qruplar iştirak edəcək.

Konsorsiumun məqsədi “ağıllı hibrid materiallar”ın yaradılmasıdır.

Müdafiə Nazirliyinin yaxın beş ildə Elastik Hibrid Elektronika İnstitutunun layihələrinə 75 milyon dollar, özəl biznesin 90 milyon dollar, yerli hakimiyyətin 171 milyon dollar investisiya yatıracağı gözlənilir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı