Bu il Elektron Kitabxana Mərkəzi istifadəyə veriləcək Yanvar 22, 2014 | 02:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında çıxış edən şöbə müdiri Mədinə Səidova 2014-cü il üçün fəaliyyət planını təqdim edib. O, öncə elmi-tədqiqat işləri bölməsi üzrə məlumat verərək bildirib ki, “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi” mövzusunda dissertasiya işi tamamlanmış və Elmi şuraya təqdim olunmuşdur. “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodlarının işlənməsi” mövzusunda dissertasiya işi üzrə araşdırmalar isə davam etdirilir. Belə ki, 2014-cü ildə bu mövzuda sosial şəbəkələrin analizi texnologiyalarından istifadə etməklə e-kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bulud texnologiyalarının e-kitabxana xidmətlərində tətbiqi imkanları tədqiq olunacaq. Bundan əlavə, bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanları araşdırılacaq. 

Məruzəçinin sözlərinə görə, elmi-innovasiya və praktiki fəaliyyət üzrə ənənəvi olaraq, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, müxtəlif elmi-praktiki tədbirlər haqqında informasiyanın axtarılması, sistemləşdirilməsi, beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəmsal kitabxanalara üzvlüklə əlaqədar işlərin aparılması nəzərdə tutulur. İnstitut əməkdaşlarının elmi əsərlərinin Vikipediyada yerləşdirilməsi, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar işlərin yerinə yetirilməsi də fəaliyyət planında öz əksini tapmışdır. 

Bundan əlavə, 2014-cü ildə institut əməkdaşlarının elektron elmi bazalardan istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi, Viki Mərkəzin yaradılması layihəsində iştirakla əlaqədar işlərin görülməsi nəzərdə tutulur. 

Cari ilin I rübündə institutda E-kitabxana Mərkəzinin istifadəyə veriləcəyini vurğulayan məruzəçi bildirib ki, bununla əlaqədar olaraq kitabların yenidən təsnifatlaşdırılması, Mərkəzin İntellektual İnformasiya Xidməti sisteminin yeni strukturunun hazırlanması və dünyanın aparıcı e-kitabxanalarına inteqrasiya edilməsi işləri həyata keçiriləcək, E-kitabxana Mərkəzi üçün kommersiya təklifləri hazırlanacaq. 

M.Səidova əlavə edib ki, şöbə əməkdaşlarının elmi-texniki konfranslarda bir neçə məruzə ilə iştirakı da planlaşdırılır. Həmçinin “Bibliometriyanın yaranması, inkişaf mərhələləri, müasir vəziyyəti və həll perspektivləri” adlı icmalın hazırlanması, beynəlxalq səviyyəli nüfuzlu jurnallarda məqalələrin nəşri və şöbədə aparılan elmi-tədqiqatlar üzrə seminarların keçirilməsi nəzərdə tutulur. 

Fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, təklif və iradlar səsləndirilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı