“Sony” şirkəti pilotsuz uçan aparatların prototipini təqdim edib Avqust 25, 2015 | 03:00 / Texnoloji yeniliklər

“Sony” şirkəti “Aerosense” adlı pilotsuz uçan aparatların (dronlar) prototipini təqdim edib. Yapon istehsalçısı biznes müştərilərinə aeroçəkilişlər təqdim etmək planları haqqında da məlumat verib.

3dnews.ru saytının bildirdiyinə görə, korporasiya 2016-cı ilin birinci yarısında təşkilatın kvadrokopterlərinin iştirakıyla kənd təsərrüfatı, inşaat və digər sektorlarda pullu xidmətlər təqdim etməyə başlayacaq.

Distant idarə olunan qurğular müəyyən ərazi üzərində yüksək keyfiyyətli fotoçəkiliş təqdim etməklə uçuşlar həyata keçirəcək, o cümlədən şəkilləri bulud xidmətinə yükləyəcəklər.

AS-MC01-P modeli 3 kq çəkiyə malikdir və 15-20 dəqiqə ərzində fasiləsiz uçmağa qadirdir. Aparat GPS-qəbuledici, naviqasiya sistemi və yüksək sürətli, simsiz məlumatların ötürülməsi modulu olan TransferJet quraşdırılmış Wi-Fi kontrolleri ilə təchiz edilmişdir.

Şirkət tərəfindən elan edilmiş daha bir məhsul təyyarə şəklində hazırlanmış AS-DT01-E güclü şaquli uçuş dronudur. O 170 km/saat sürət toplaya və ən azı iki saat fasiləsiz uça bilər. 7 kq ağırlığında olan aparat 3 kq yükü daşımaq gücünə malikdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı