“iPhone” smartfonunun bir həftə ərzində avtonom işləməsi üçün akkumulyator yaradılıb Avqust 25, 2015 | 02:00 / Maraqlı məlumatlar

Böyük Britaniyanın “Intelligent Energy”nin nümayəndəsi bildirib ki, şirkət “iPhone 6” smartfonu üçün həftə ərzində avtonom işləməyə imkan verən akkumulyator hazırlamağa müvəffəq olub.

Yeni akkumlyatordan istifadə üçün cihazın ölçüsünü və ya formasını dəyişdirmək tələb olunmur. Görünüşcə adi aparatlardan yeganə fərqi arxa tərəfdə ventilyasiya dəliklərinin mövcud olmasıdır.

ictnews.az saytının məlumatına görə, akkumlyatorda qazaoxşar hidrogenin doldurulması konstruktiv cəhətdən qulaqcıqların qoşulması üçün konnektora oxşar dəlik vasitəsilə həyata keçirilir.

Şirkət yeni həllin kommersiya məqsədilə istifadəsi üçün gələcək smartfonların aşağı hissəsinə taxılan və bir həftə ərzində avtonom işləməyə imkan verən birdəfəlik kartric hazırlayır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı