“Sony” şirkəti ikinci nəsil “SmartBand” qolbağını təqdim edib Avqust 21, 2015 | 10:53 / Maraqlı məlumatlar

“Sony” şirkəti ilk fitnes-qolbağını təqdim etdikdən 1 il sonra “SmartBand 2”nin satışa çıxarılacağını elan edib. Yeni versiya qurğunun funksionallığını artıran ürək döyüntüsü və akselerometr datçikləri ilə təchiz olunmaqla təkmilləşdirilib. Artıq qurğu vasitəsilə “iPhone”lara qoşulmaq mümkündür.

Qeyd edək ki, “SmartBand”ın əvvəlki versiyası yalnız addımları hesablamaq üçün istifadə olunurdu. “SmartBand 2”nin yeni datçikləri sayəsində sahibinin sağlamlıq vəziyyəti və məşqlərini daha yaxşı izləmək mümkün olacaq. Qadjet insanın nəbzi, ürək döyüntülərinin dəyişkənliyi, bütün gün ərzində fiziki fəallıq və stress səviyyəsini ölçmə imkanına malikdir.

“SmartBand 2” istifadəçinin yuxuya getmə anını avtomatik aşkar edərək məlumatları toplayır və vibrasiya vasitəsilə ağıllı zəngli saat funksiyasını təklif edir.

Qolbaq xəbərdarlıqları ona qoşulmuş smartfondan translyasiya edərək daxil olan zənglərə və s. istifadəçinin diqqətini cəlb edə bilir.

Cari ilin sentyabr ayında ABŞ-da satışa çıxarılacaq qurğunun dəyəri 132 dollar təşkil edəcək.

hitech.vesti.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı