Banklar müştəriləri ürəyin döyünmə ritminə görə identifikasiya edəcək Avqust 13, 2015 | 11:00 / Texnoloji yeniliklər

“TD Bank” (Kanada) “MasterCard” və “Nymi” texnologiya şirkəti ilə birgə kontaktsız ödəniş funksiyasına malik olan və müştərini ürəyin döyünmə ritminə görə tanıyan ilk qolbaq təqdim ediblər.

payspacemagazine.com saytının məlumatına görə, ilk 100 qolbaq artıq Toronto, Ottava və Recaynada sınaqdan keçirilir. İlin sonunadək pilot proqrama Kanadanın digər bankları da qoşulacaq.

Nymi” qolbaqları sahibinin unikal elektrokardioqramını tanıyan datçiklə təchiz edilib. Servisin yoxlanılması proqramında müştərinin MasterCard” hesabı ilə bağlı olan qurğunun prototipindən istifadə olunur.

Ötən il 14 milyon dollar məbləğində maliyə cəlb etmiş “Nymi” şirkəti daşınan elektronika və kontaktsız ödəniş trendinin inkişafına təkan verməyi və istifadəçilərə ödəniş edilməsi prosesində ürək döyüntüsü ritminin köməyilə öz şəxsiyyətini identifikasiya etmək imkanı yaratmağı planlaşdırır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı