İnsanın hərəkətlərini təkrarlayan robot hazırlanıb Avqust 11, 2015 | 11:00 / Texnoloji yeniliklər

Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mütəxəssisləri insanın hərəkət və reflekslərini təkrarlayan robot hazırlayıblar. Maşının təlimi insanın bədəninə bərkidilmiş ekzoskeletin köməyilə həyata keçirilir.

“Hermes” adlı robota mayeni stəkana süzmək, xarici qüvvələrin təsiri zamanı tarazlığı saxlamaq, alətlərdən istifadə etmək və s. öyrədilir.

Layihə üzərində işləyən Cao Ramosun sözlərinə görə, onlar sanki robota insanın beynini yerləşdirirlər. Lakin söhbət süni intellektin yaradılmasından deyil, robota müxtəlif situasiyalarda davranış qaydalarını öyrətməkdən gedir.

Bunun üçün mexaniki əl, ayaq və datçiklərlə təchiz edilmiş robotun operatoru üçün ekzoskelet yaradılıb. Datçiklərdən ötürülən informasiya robotun kompüterinə daxil olur. Kompüter robotu insan kimi hərəkət etməyə məcbur edir.

Layihənin müəllifləri qeyd ediblər ki, hazırda insana bənzəyən bir çox robot mövcuddur. Lakin “Hermes” onlardan səliqəli olması ilə fərqlənir, məsələn mayeni stəkana dağıtmadan süzə bilir.

Bundan başqa, müasir robotların insana bənzərliyi hərəkət və reflekslərdə deyil, xarici görünüşdə özünü göstərir. “Hermes” layihəsinin məqsədi isə robotu insana məhz davranış, hərəkət və reaksiya baxımından bənzətməkdir.

Qeyd edək ki, təkmilləşdirilən “Hermes” robotunun taleyi barədə dəqiq məlumat verilməyib.

cnews.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı