“Microsoft”un yeni baş direktoru Fevral 05, 2014 | 10:00 / Texnoloji yeniliklər

“Microsoft” şirkətinin veteranlarından olan 46 yaşlı Hindistanlı Satya Nadella şirkətin yeni baş direktoru olub. O, 22 ildir ki Microsoft-da fəaliyyət göstərir. 

lenta.ru saytının məlumatına görə, nəhəng şirkətin yaradıcısı Bill Qeyts isə Direktorlar şurasının sədri vəzifəsini tərk edib. O, artıq yeni baş direktorun texniki məsləhətçisi kimi işləyəcək. Qeytsi Con Tompson əvəzləyəcək. 

S.Nadella 1967-ci ildə Hindistanın Heydərabad şəhərində doğulub. O, Manqalor şəhərində ali məktəbi bitirərək elektrik mühəndisi ixtisasına yiyələnib. Bundan sonra Nadella Viskonsin-Miluoki universitetində magistr dərəcəsi alıb. 

Nadellanın sözlərinə görə, “Microsoft” kimi şirkətlər ənənələri deyil, innovasiyaları qiymətləndirir. Korporasiya böyük perspektivlərə malikdir, lakin onlara nail olmaq üçün daha sürətli olmaq və dəyişmək lazımdır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı