Ağıllı güzgü insanın sağlamlıq vəziyyətini müəyyən edəcək İyul 29, 2015 | 10:00 / Texnoloji yeniliklər

“Wize Mirror” 3D-skanerlər, multispektral kameralar, qaz analizatorları və yaranan xəstəliyin ilkin əlamətlərini müəyyən etməyə imkan verən effektiv diaqnostika alqoritmi ilə təchiz edilib.

Nəfəs verilərkən xaric olunan qaz qarışığının tərkibi qəbul olunmuş spirtli içkinin və ya zərərli maddələrin miqdarını göstərəcək, skaner isə artıq yağların meydana gəlməsi və ya çəkinin itirilməsi haqqında məlumat verəcək. Multispektral kameralar qanın hemoqlobinlə doyma səviyyəsini və nəbzin tezliyini müəyyən edəcək.

naked-science.ru saytının məlumatına görə, “Wize Mirror” vasitəsilə aparılan müayinə prosesinə 1 dəqiqə sərf olunur və bundan sonra obyektiv nəticə əldə edilir. Lakin ideyanın tamamilə başa çatdırılması üçün müəyyən zaman tələb olunur.

İstehsalçılar iddia edirlər ki, gələcəkdə bu kimi qurğular ürək-damar sistemi pozğunluqları və ya diabet kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün zəruri qadjetlərdən biri olacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı