Brelok formasında kiçikölçülü kompüter nümayiş olunub İyul 27, 2015 | 12:56 / Maraqlı məlumatlar

“Pipo” şirkəti televizor və ya monitora qoşulma üçün “HDMI” konnektoruna malik və brelok formasında hazırlanmış kiçikölçülü “X1” kompüterini nümayiş etdirib.

3dnews.ru  saytının məlumatına görə, “Pipo” şirkətinin yeni qurğusu “Bay Trail” platformasına əsaslanır.

Cihaz 1,33 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik “Atom Z3735F” prosessoru və “Intel HD Graphics” qrafik kontrolleri, 2 Gb əməli yaddaş və 32 Gb tutumunda fləş modulla təchiz edilib.

Kiçikölçülü kompüter “Wi-Fi 802.11n” və “Bluetooth” simsiz rabitə adapterlərinə malikdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı