Gələcəyin yolları plastik kütlədən olacaq İyul 24, 2015 | 09:10 / Mühüm hadisələr

Yolların müxtəlif səbəblərdən sıradan çıxması təhlükəli çuxurların və üzücü tıxacların yaranmasına gətirib çıxarır ki, bu da nəticədə təmirə külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur. Holland şirkəti LEGO konstruktoru prinsipi üzrə yığılan plastik yolların inşası planlarını açıqlayıb. Rotterdam şəhəri yolları plastmass plitədən olan dünyada ilk şəhər olacaq.

“PlasticRoad” layihəsi asfaltın “yaşıl” alternativi kimi nəzərdən keçirilir. Yeni yol örtüyünün modulları emal edilmiş plastik butılkalardan hazırlanacaq. Lakin bu cür yolların bir çatışmayan cəhəti var – örtük  islandığı zaman sürüşə bilər. Layihənin müəllifi olan “VolkerWessels” şirkəti bu çatışmazlığı aradan qaldırmaq niyyətindədir.

Bildirilənə görə, plastik yol örtüyü ənənəvi asfalt örtüyündən fərqli olaraq daha az qulluq tələb edir və daha ekstremal hərarətə -40-dan +80 dərəcə Selsiyədək davam gətirə bilir.

Bundan əlavə, plastmass yolların tikintisinə aylar deyil, həftələr sərf olunur. Layihə həm də dünyada ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə hesab oluna bilər. Şirkətin məlumatına görə, hər il asfaltın payına 1,6 milyon ton СО2 qlobal tullantı düşür ki, bu da nəqliyyat vasitələrindən daxil olan bütün zərərli emissiyanın (bərk və ya maye cisimlərin boşluğa yaxud qazaoxşar mühitə elektron, ion buraxması) 2 faizini təşkil edir.

Plastik örtük çəkisinə görə yüngüldür ki, bu da torpağın üzərinə daha az ağırlığın düşməsi deməkdir. Bundan əlavə, yolun altındakı kommunikasiya xətlərinə də çıxış daha asan olacaq.  Şirkətdə ümid edirlər ki, tikintidə yeni yanaşma yollarda aparılan işlər zamanı yaranan problemləri azaldacaq.

hi-news.ru saytının məlumatına görə, layihə hələ ki konseptual işləmələr mərhələsindədir. Mühəndislər layihənin 3 il ərzində reallaşdırılacağını vəd edirlər.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı