İnformasiya cəmiyyətinin elmi problemləri 17 saylı şöbənin diqqət mərkəzindədir İyul 22, 2015 | 12:30 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin 2015-ci ilin 6 ayı üzrə fəaliyyətinin hesabatı təqdim olunub. İnstitutun sektor müdiri Rasim Mahmudov şöbədə 12 əməkdaşın elmi-tədqiqatla məşğul olduğunu diqqətə çatdırıb.

Verilən məlumata görə, şöbədə informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə,  o cümlədən e-dövlətin formalaşdırılması  və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi; İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf perspektivləri; Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi metodları və alqoritmlərinin işlənməsi; elektron dövlət mühitində dövlət sirrinin təmin olunması mexanizmlərinin işlənməsi; milli İnternetskopiya sisteminin işlənməsi; milli veb-fəzanın intellektual monitorinq sisteminin konseptual əsaslarının işlənməsi; elektron dövlətə məxsus veb-resurslarda sosial şəbəkələrin aşkarlanması və analizi üçün metod və alqoritmlərin işlənməsi; intellektual elektron dərsliklərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi və s. mövzularda elmi araşdırmalar aparılır.

İlin ilk yarısında şöbənin bir əməkdaşı dissertasiya işini müdafiə edib, bir nəfərin dissertasiya işi isə institutun elmi seminarında müzakirə olunub.

2015-ci ilin ötən dövrü ərzində şöbə əməkdaşları müxtəlif beynəlxalq və ölkə səviyyəli nüfuzlu elmi konfranslara 8 tezis təqdim ediblər. Həmçinin şöbə əməkdaşlarının 10 elmi məqaləsi çap olunub ki, onlardan da 4-ü nüfuzlu xarici jurnallarda işıq üzü görüb.

Hesabat dövründə şöbə əməkdaşları tərəfindən yerinə yetirilən 3 elmi qrant layihəsinin icrası uğurla başa çatdırılıb.

İlin 6 ayı ərzində şöbə əməkdaşları elmi-təşkilati və elmi-praktiki işlərdə də fəallıq göstəriblər. Eyni zamanda, informasiya cəmiyyəti ideyalarının, şöbədə əldə edilən elmi nəticələrin kütləvi informasiya vasitələrində təbliği istiqamətində də bir sıra işlər görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı