Elektron təhsil mühitinin idarə olunması istiqamətində tədqiqatlar aparılır İyul 21, 2015 | 02:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 10  saylı şöbənin cari ilin I yarısı üzrə hesabatı dinlənilib. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev elmi-tədqiqat fəaliyyəti çərçivəsində aparılan araşdırmaların informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasında elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi ilə əlaqədar olaraq elektron təhsil mühitinə konseptual baxışlar araşdırılmış, elektron təhsil sisteminin arxitekturası işlənmişdir.

Şöbə müdiri təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq tələblərə uyğunlaşdırılması modelinin işlənməsi məqsədilə tədqiqatların davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə dünyanın aparıcı universitetlərinin İKT ixtisaslarının müxtəlif  istiqamətləri və səviyyələri üzrə tədris proqramlarının müqayisəli təhlili aparılmış, asossiativ qaydaların axtarış metodlarının tətbiqi nəticəsində Azərbaycanın ali təhsil müəssisələrinin İKT ixtisasları üzrə tədris proqramları beynəlxalq tələblərə uyğunlaşdırılmış, optimal tədris proqramının müəyyənləşdirilməsində ierarxik analiz metodları tətbiq edilmişdir.

Məruzəçi 2015-ci ilin ilk yarısı üzrə şöbədə elmi-pedoqoji fəaliyyətlə bağlı aparılan işlərdən söz açaraq bildirib ki, şöbə əməkdaşları tərəfindən doktorant və dissertantlara “İnformatika” fənni tədris olunmuş, fərdi kurslar üzrə imtahanın qəbulu həyata keçirilmiş və digər işlər görülmüşdür.

F.Ağayev hesabat ili ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirak etdiyini, müxtəlif elmi problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirildiyini və tanınmış elmi jurnallarda məqalələrin nəşr edildiyini vurğulayıb.

Hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı