Korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparılır İyul 16, 2015 | 03:14 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin müdiri Şakir Mehdiyev şöbənin cari ilin I yarısı üzrə hesabatını təqdim edərək elmi-tədqiqat işləri çərçivəsində görülən işlərdən söz açıb. Bildirib ki, korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edən məruzəçi AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, həmçinin AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli Sərəncamı ilə aparılmış AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elmin monitorinqinin nəticələrinin toplanması və təhlili işlərinin yerinə yetirildiyini diqqətə çatdırıb.

O, qeyd edib ki, AMEA-nın Ümumi yığıncağına texniki dəstək işləri, AMEA Naxçıvan Bölməsinin kompüter şəbəkəsinin infrastrukturu və bölmədə distant tədris mərkəzinin yaradılması və s. cari ildə görülmüş işlər sırasındadır.

Ş.Mehdiyev, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfrans və simpoziumlarda iştirak, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı