Rusiyada “Unutmaq hüququ haqqında” Qanun qəbul olundu İyul 16, 2015 | 10:00 / Mühüm hadisələr

Rusiya Dövlət Duması nəhayət ki, uzun müzakirə və çəkişmələrdən sonra üçüncü və yekun oxunuşda İnternetdə “Unutmaq hüququ” kimi tanınan qanunlayihəsini qəbul etdi. Bu qanunlayihəsinə görə vətəndaş operatordan axtarış sistemində onun haqqında olan informasiyaya istinadın silinməsini tələb edə bilər. Hazırda isə qanun Federasiya Şurası və prezidentin dəstəyini almalıdır. lenta.ru saytı deputatların qalmaqallı təşəbbüsü ətrafında yaranmış vəziyyəti təhlil edərək bunun İnternet-cəmiyyətlərinə yarada biləcəyi təhlükələri araşdırmağa çalışıb.

Qəbul olunmuş sənədlə “İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilib. Qanun 2016-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.  

Sənədə əsasən, istifadəçi onun haqqında qeyri-dəqiq və aktual olmayan informasiyanı, həmçinin digər qanunları pozan başqa məlumatların da silinməsini tələb edə bilər. İstisna yalnız bu hallardır - cinayət tərkibi əlamətləri göstərən hadisələr haqqında informasiya, məsuliyyətə cəlb olunma müddətləri, və vətəndaşın cinayət törətməsi haqqında informasiya.

Axtarış sisteminin operatoru sorğunu 10 gün ərzində nəzərdən keçirəcək və sorğu qəbul olunmayacağı halda bu, əsaslandırılmış şəkildə bildirilməlidir. Bununla belə operatorlar istifadəçinin müraciəti haqqında informasiyanı (federal qanunun nəzərdə tutduğu hallar istisna olmaqla) açıqlamaq hüququna malik deyillər.  

Qeyd edək ki, hələ may ayının sonunda baxılmağa verilmiş sənəd İnternet-cəmiyyətləri tərəfindən tənqid olunmuşdu. “Яндекс” axtarış sistemindən bildirmişdilər ki, bu təşəbbüs vətəndaşların informasiya axtarışı, əlyetərlik və məlumat əldə etmək üçün konstitusiya hüququnu pozur. Rambler&Co-da isə belə hesab edirlər ki, bu kimi hallara görə ödəniş edilməlidir. Belə ki, axtarış sistemlərinin operatorları şəbəkədə yerləşdirilən informasiyaya görə məsuliyyət daşımırlar.

Avropanın yolu ilə  

2014-cü ilin may ayının 13-də Avropa Birliyinin Ali Məhkəməsi İspaniya vətəndaşının iddiasını dəstəkləməklə, “Google” şirkətindən vətəndaşın şəxsi informasiyasına olan istinadın silinməsi tələbinə dair qərar qəbul etmişdi. AB ölkələrində “Unutmaq hüququ”nu bütün istifadəçilər əldə ediblər. Hazırda onlar axtarış sistemlərindən İnternetdə “rəqəmsal izlər”inin silinməsini tələb edə bilirlər. Milli qanunlayihəsinin hazırlanmasında deputatlar da elə Avropa Birliyinin təcrübəsini rəhbər tutublar.

Avropa Birliyi Ali Məhkəməsinin göstərişini yerinə yetirən “Google”da avropalılar üçün xüsusi onlayn-forma istifadəyə verilib ki, burada istifadəçi öz ad və soyadını, ölkəni, elektron poçtunun ünvanını və silmək istədiyi məlumatlara olan istinadı göstərməlidir. Bu zaman o, həm də bunun səbəbini izah etməli, şəkli olan şəxsi sənədinin – pasport və ya ID-kartının surətini təqdim etməlidir. “Google”un bu servisi istifadəyə veriləndən 2 ay ərzində 250 min veb-səhifəyə aid olan 70 mindən artıq sorğu daxil olmuşdu.   

Avropanın bu təşəbbüsünü “Microsoft” da dəstəkləyib. Ötən ilin iyul ayından şirkət AB vətəndaşlarının “Bing” axtarış servisindən fərdi məlumatlarının silinməsinə dair sorğularını qəbul edir.

Şirkətlər isə hələ ki, nəticə çıxarmağa və proqnoz verməyə tələsmirlər. Axtarış serverlərinin  əlavə işçi qüvvəsi cəlb etməsinə ehtiyac yaranacağını demək isə hələ ki, mümkün deyil, çünki vətəndaşlardan daxil olacaq sorğuların yükünü təyin etmək çətindir.

Qanunda söhbət yalnız axtarış sistemlərinin operatorlarından getsə də, risk zonasında digər saytlar da ola bilər. Məsələn, müxtəlif media resursları axtarış portallarından onlara olan əlavə keçidlərdən məhrum ola bilərlər ki, bu da saytların trafikinin aşağı düşməsinə gətirib çıxara bilər.  

Bu arada isə iki dizayner təşəbbüsün apokaliptik nəticələrini (apopleksiya - beynə qan vurması nəticəsində iflic) qabaqcadan göstərməyə çalışıblar. Onlar zabvenie.com saytını buraxmaqla qanun qüvvəyə minəndən 2 il sonra İnternetin necə görünəcəyini təqdim ediblər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı