Uşaqların internetin zərərli təsirlərindən qorunması istiqamətində araşdırmalar davam etdirilir İyul 15, 2015 | 11:14 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri vəzifəsini icra edən Sabirə Allahverdiyeva mərkəzin yarımillik hesabatını təqdim edib.

O, öncə 2015-ci ilin fəaliyyət planına uyğun olaraq yerinə yetirilmiş elmi-tədqiqat işlərindən danışaraq şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi istiqamətində aparılan araşdırmanın nəticələri haqqında məlumat verib. Bildirib ki, informasiya mədəniyyəti kriteriyaları əsasında fərdlərin seçim məsələsini həll etmək üçün qeyri-səlis çoxkriteriyalı qərar qəbuletmə metodlarının araşdırılmış, yeni qeyri-səlis hibrid model təklif olunmuş, tədqiqatın nəticələri məqalələrdə öz əksini tapmışdır. S.Allahverdiyeva təhlükəsizliyin təmin olunması problemləri istiqamətində uşaqların internetin zərərli təsirlərindən qorunması mövzusu üzrə yerinə yetirilmiş işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, intellektual oyunlar vasitəsilə orta məktəblərdə informatika fənninin tədrisi təhsilin informasiyalaşdırılması problemləri ilə əlaqədar görülmüş işlər sırasındadır.

TİM-də respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və doktorluq imtahanının qəbulu işinin təşkili ilə bağlı məlumat verən S.Allahverdiyeva cari ilin 6 ayı ərzində 1255 nəfərdən imtahan qəbul edildiyini bildirib. Bölgələrdə yaşayanlar üçün distant tədrisin təşkilindən də söz açaraq yaz semestrində Naxçıvan Muxtar Respublikasında və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlara məsafədən dərslərin tədris edildiyini vurğulayıb.

S.Allahverdiyeva müəssisə və təşkilatların, eləcə də vətəndaşların müraciətləri əsasında müxtəlif kompüter proqramları üzrə təşkil edilmiş kurslar barədə də məlumat verib. 

Fəaliyyət planında müxtəlif təyinatlı nəşrlərin hazırlanması bəndində nəzərdə tutulmuş işlər haqqında danışan məruzəçi “İnformatika. 555 test” kitabı, doktorant və dissertantların anket məlumatları əsasında  illik statistik məlumat bülleteninin hazırlandığını nəzərə çatdırıb.

Məruzəçi, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri və elmi-təşkilati fəaliyyət ilə bağlı görülmüş işləri də diqqətə çatdırıb.

Hesabat ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı