Rusiyada Spamla Mübarizə Agentliyi yaradıla bilər İyul 13, 2015 | 04:00 / Maraqlı məlumatlar

Rusiyada WhatsApp və Viber kimi İnternet-messencerlərdə spamla mübarizə üçün xüsusi agentlik yaradıla bilər. Agentliyin yaradılmasının mümkünlüyü ilə bağlı məsələ sabah İctimai palatanın müzakirəsinə çıxarılacaq. Bu agentlik vasitəsilə abunəçi mobil telefonuna gələn istənilən göndərişlərdən, o  cümlədən nömrənin əvvəlki sahibinin abunə olduğu göndərişlərdən imtina edə bilər. Mobil operatorlar İnternet-messencerlərdəki spamı blok etməyə texniki imkanlarının olmadığını iddia edirlər, onların fəaliyyəti isə Rusiya qanunvericiliyi ilə tənzimlənmir.  

"Коммерсант" qəzetinin yazdığına görə, iclasda mobil spamın qadağan olunması və mobil telefon nömrələrinin “boşaldılması” üçün telefon rabitəsi xidmətlərinin göstərilməsi qaydalarında dəyişikliklərin edilməsinin mümkünlüyü müzakirə olunacaq. Telefon nömrələri tarixinin “təmizlənməsi” üzrə bazar iştirakçıları və tənzimləyicilərin səylərini, həmçinin reklam və göndərilən informasiyanın istənilən verilənlər bazasına bağlanmış bu nömrələri sinxronlaşdırmağa imkan verən xüsusi agentliyin yaradılması təklif edilir.

Nəşr qeyd edir ki, telefon nömrəsinin “boşaldılması” zəruriyyəti o vaxt yaranır ki, operatorlar telefonun SİM-kartı müəyyən müddətdən sonra qeyri-aktiv olduqda nömrəni yeni abunəçiyə satırlar. Bununla belə, əgər əvvəlki nömrə sahibi kredit rəsmiləşdirilərkən fərdi məlumatlardan istifadəyə razılıq verməklə də bu nömrəni göstəribsə, və nəticədə pulu qaytarmayıbsa, o zaman bank belə bir razılığı verməyən nömrənin yeni sahibinə xatırlatmaları göndərməyə davam edə bilər.    

Müəlliflərin sözlərinə görə, agentlik müraciət edən abunəçilərə reklam xarakterli istəniləm məlumatları - təkcə SMS deyil, həm də İnternet-messencerlər vasitəsilə alınan məlumatları almaqdan imtina etməyə kömək edəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı