Barmaq izləri skaneri təqdim edilib İyul 10, 2015 | 10:41 / Maraqlı məlumatlar

Biometrik autentifikasiya sistemləri tərtibatçısı “Synaptics” barmaq izlərinin skan edilməsi üçün yeni məhsulun istifadəyə verildiyini açıqlayıb.

Texnologiyanın noutbuk və digər qurğularda tətbiqi planlaşdırılır. Barmaq izlərinin tanınması üçün spesifik ötürücü təkmilləşdirilmiş təhlükəsizlik sistemi sayəsində mobil ödənişlərin artımını stimullaşdıracaq.

Ötürücü barmaq izini skan etməyə, nəticələri saxlamağa və yeni skanın qurğunun yaddaşında olan nümunə ilə uyğunluğunu yoxlamağa imkan verir.

Ötürücünün yerləşmə spesifikliyi barmaq izlərini daha etibarlı saxlamağa şərait yaradır.

Beləliklə, kibercinayətkarlar noutbuk və ya smartfona müdaxilə edərsə, barmaq izlərinə daxil ola bilməyəcəklər. Biomarkerlərin skan edilməsi və saxlanılması elektronikaya ziyan vura biləcək təhlükələrdən qoruyur.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı