İnstitutun 9 saylı şöbəsinin cari ilin I yarısı üzrə hesabatı dinlənildi İyul 13, 2015 | 12:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin cari ilin I yarısı üzrə hesabatı dinlənildi. Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışdı.

T.Kazımov insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında etalon təsvirin formalaşması və xarakteristik əlamətlərin analizi üçün alqoritmin işləndiyini, “Biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiqi və insanın kompüter vasitəsilə tanınmasında onun rolu” mövzusu üzrə bir sıra problemlərin araşdırıldığını və biometrik şəbəkədə fərdlərin elektron kart (fərdi və biometrik məlumatlar) sistemi əsasında identifikasiya problemlərinin tədqiq edildiyini diqqətə çatdırdı.

O, həmçinin “Proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması” mövzusu üzrə proqramların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud modellərin öyrənildiyini, “İdarəetmə sisteminin təhlükəsizliyini təmin edən proqram təminatlarının etibarlılığının yüksəldilməsi” və “Proqram təminatının etibarlılığının yüksəldilməsi üzrə modelin işlənməsi” mövzuları üzrə araşdırmaların davam etdirildiyini söylədi.

T.Kazımov elmi-innovasiya və praktiki fəaliyyət istiqamətində “Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin kompüter vasitəsilə müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi” və “İrqi-Etnik” biometrik identifikasiya sisteminin yaradılması” mövzuları üzrə qrant layihəsinin hazırlandığını və AR Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunduğunu qeyd etdi. Bildirdi ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri” üzrə II respublika elmi-praktiki konfransına təqdim olunmuş 6 məqaləyə rəy verilmişdir. Tanınmış elmi jurnallarda və nüfuzlu beynəlxalq konfranslarda 7 məqalə çap olunmuşdur.

Məruzəçi beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq N. Qumilyev adına Avrasiya Milli Universitetinin İnformasiya Təhlükəsizliyi və Kriptoqrafiya İnstitutu (Qazaxıstan,  Astana), Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Milli Texniki Universiteti “Kiyev Politexnik İnstitutu” və “İnternational Journal of İntelligent İnformation Prosessing”, “British Journal of Applied Science and Technology”, “Asian Journal of Engineering and Technology” jurnalları ilə əməkdaşlığın davam etdirildiyini dilə gətirdi.

Sonda şöbənin hesabatı qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı