İnformasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir İyul 10, 2015 | 10:43 / Konfranslar, iclaslar

Bu barədə şöbə müdiri Səyyar Abdullayev 5 saylı şöbədə cari ilin I yarısında görülmüş işlərlə bağlı çıxışı zamanı məlumat verib. 

Şöbənin yarım illik hesabatını təqdim edən S.Abdullayev informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetirilmiş işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi və sistemləşdirilməsi işlərinin həyata keçirildiyini önə çəkib. Onun sözlərinə görə, bu məqsədlə jurnal, konfrans materialları ilə yanaşı, “EBSCO”, “EBSCO ebooks”, “ACM DL”, “IEEE CS DL”, “Springer Link”, “Web of Knowledge”, “IOP publishing” elektron kitabxanalarda axtarış aparılmışdır.

Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti, respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda məqalələrin dərci, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin həyata keçirilməsi ilə bağlı cari ildə görülmüş işləri diqqətə çatdırıb. 

Qeyd edib ki, şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən kadr potensialının gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.

Sonda şöbənin fəaliyyəti qənaətbəxş hesab olunub, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı