İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı təqdim olundu İyul 10, 2015 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı təqdim olundu. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək bildirdi ki, e-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənmiş, nitq siqnallarından küyə dayanıqlı əlamətlərin çıxarılması üçün empirik veyvlet çevirməsi əsasında metod təklif olunmuş, kompüter şəbəkələrinin inkişaf trendləri və müasir şəbəkə təhlükəsizliyi trendləri analiz edilmiş, şəbəkə trafikinin klasterizasiyası üçün metod işlənmiş, həmçinin e-dövlət mühitində təşkilatın informasiya təhlükəsizliyi mədəniyyəti üçün konseptual model təklif edilmiş və bu modelin komponentlərinin formalaşdırılması istiqamətində bir sıra aktual problemlər müəyyən edilmişdir.

Elmi-innovasiya fəaliyyəti çərçivəsində görülmüş işləri diqqətə çatdıran Y.İmamverdiyev bu istiqamətdə 2 qrant layihəsi üzrə tədqiqatlar aparıldığını söylədi.

Şöbədə 6 ay ərzində 15 elmi məqalənin çap olunduğunu bildirən məruzəçi, həmçinin elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, müxtəlif təyinatlı kitabların hazırlanması, şöbə əməkdaşlarının elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirakı, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı