Elmmetriya və e-elmin formalaşması problemləri üzrə araşdırmalar davam etdirilir İyul 08, 2015 | 12:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı dinlənilib. Şöbə müdiri Təhmasib Fətəliyev cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verərək şöbədə elmmetriyanın və e-elmin formalaşması problemləri istiqamətində “Elmi Problemlər Reyestri” əsasında elmin idarə olunması və elmi fəaliyyətin qiymətləndirilməsi məsələlərinin tədqiqi və yeni qiymətləndirilmə mexanizmlərinin işlənməsi, e-elmin mövcud vəziyyəti və inkişaf perspektivlərinin araşdırılması, e-vətəndaş elminin predmetinə aid aktual elmi-tədqiqat işlərinin təhlili və reallaşdırılması vasitələrinin işlənməsi, Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinin araşdırılması və problemlərin həlli mexanizmlərinin işlənməsi və s. mövzular üzrə elmi-tədqiqat işlərinın aparıldığını vurğulayıb. Qeyd edib ki, elmi araşdırmaların nəticəsi olaraq 2 ekspress-informasiya, 4 məqalə, 2 konfrans materialı hazırlanmış və dərc olunmuşdur.

Şöbənin elmi-innovasiya fəaliyyətinə dair məlumatları diqqətə çatdıran məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maliyələşdirdiyi, eləcə də digər qrant layihələr çərçivəsində görülmüş işlər haqqında danışıb.

O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, kitabların və elektron nəşrin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı şöbədə yerinə yetirilmiş işlərdən söz açıb.

Sonda şöbənin hesabatı qəbul edilib, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı