Təsviri dartaraq ekrandan kənara çıxarmağa imkan verən yeni texnologiya hazırlanıb İyul 09, 2015 | 05:00 / Texnoloji yeniliklər

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədqiqatçılar qrupu təsviri dartaraq ekrandan kənara çıxarmağa imkan verən yeni texnologiya hazırlayıb.

Formasını dəyişən ekran “GHOST” (Generic, Highly-Organic Shape-Changing Interfaces) adlı layihənin bir hissəsidir. Bu istiqamətdə tədqiqatların aparılmasına və yeni texnologiyanın hazırlanmasına 3 il vaxt sərf olunub. Layihənin icrasında Kopenhagen, Bristol, Lankaster və Eyndhoven universitetləri iştirak edib.

hi-news.ru saytının məlumatına görə, yeni ekranın istehsalında şüşə əvəzinə elastik sintetik material olan laykradan istifadə olunub. Elastik ekrandakı təsvirə barmaqla toxunmaq və onu çəkərək ekrandan kənara çıxarmaq ultrasəs levitasiya texnologiyası sayəsində mümkündür.

Tədqiqatçıların fikrincə, yeni texnologiya bir çox sahələrdə tətbiq olunacaq.

Formasını dəyişə bilən ekranların 5 ildən sonra satışa çıxarılacağı bildirilib. Hazırda alimlər bu texnologiyanın smartfonlarda reallaşdırılması üzərində işləyir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı