RIPPLES – kofe köpüyündə təsvirləri çap edən printer İyul 02, 2015 | 09:10 / Texnoloji yeniliklər

3D-printer - əlbəttə ki, əla qurğudur. Lakin bu qurğular artıq həyatımıza yetərli qədər daxil olub və hazırda belə bir çap qurğusunu istənilən İnternet-mağazadan sifariş etmək mümkündür. Arzu etdiyiniz təsviri və yazını fincandakı kofe köpüyündə çap etməyi bacaran kofe-maşın isə daha nadir və alışmadığımız mexanizmdir. “Ripples” sistemi bu isti içkinin ən kədərli həvəskarının belə əhval-ruhiyyəsini qaldıracaq dünyada ilk fərdiləşdirilmiş kofe-maşındır.

Fincanda istədiyiniz təsviri əldə etmək isə olduqca asandır: kofe-maşını işə salırıq, naqilsiz şəbəkə ilə smartfondan printerə qoşuluruq, xüsusi əlavəni açırıq, istədiyimiz təsviri seçir və ya öz fotoşəklimizi yaradılmış rəsmi sayta yükləyirik, lazımi mətni yazırıq və hər şey hazırdır.

“Ripples” printerini İsraildən olan mütəxəssislər yaradıblar. Kofe köpüyünün üzərində şəkil cəmi 10 saniyəyə çap olunur. hi-news.ru saytının bildirdiyinə görə, “Ripples” kofe-maşının qiyməti 999 dollaradır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı