Fləş-kart ölçüsündə “IdeaCenter Stick 300” kompüteri təqdim olunub İyun 25, 2015 | 12:00 / Texnoloji yeniliklər

Çinin “Lenovo” şirkəti fləş-kart ölçüsündə “IdeaCenter Stick 300” adlı kompüterini təqdim edib. “IdeaCenter Stick 300” qurğusunun işləməsi üçün onu “HDMI” konnektoru ilə təchiz edilmiş monitora qoşmaq, həmçinin simsiz klaviatura və maus lazımdır.

hitech.newsru.com saytının məlumatına görə, mikro-kompüter dördnüvəli “Intel Atom Z3735F” prosessoru, 2 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğu “Windows 8.1” əməliyyat sistemi ilə işləyir və “Wi-Fi 802.11 b/g/n” və “Bluetooth 4.0” standartlarını dəstəkləyir. Daxili dinamikə malik olması onu digər qurğulardan fərqləndirir.

İyulda satışa çıxarılması planlaşdırılan “IdeaCenter Stick 300” qurğusunun dəyəri 129 ABŞ dolları təşkil edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı