10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfon satışa çıxarılacaq İyun 24, 2015 | 11:14 / Maraqlı məlumatlar

Çinin mobil texnika istehsalçısı “Elephone” şirkəti 2015-ci ilin payızında 10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfon istehsal edəcək.

lenta.ru saytının məlumatına görə, “Elephone P9000” qurğusu “X20 Helio” prosessoru ilə işləyən ilk model olacaq. Ekranın diaqonalı 5,5 düym (təxminən 14 santimetr) təşkil edəcək. Əməli yaddaşın tutumu 4 Gb, istifadəçi məlumatlarının saxlanılması üçün daxili yaddaşın tutumu isə 32 Gb təşkil edəcək. 21 meqapiksellik kamera keyfiyyətli fotoşəkil çəkməyə imkan verəcək. Daxili akkumulyatorun tutumu 3100 milliamper/saat olacaq.

“Android 5.1” mobil platforması ilə işləyəcək “P9000” smartfonunun 20 oktyabr 2015-ci il tarixində 500 dollara satışa çıxarılması nəzərdə tutulur.

Qeyd edək ki, 2015-ci ilin qabaqcıl qurğuları əsasən 64 bitlik 8 nüvəli prosessorlarla təchiz olunub.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı