Yeni texnologiya xərçəng xəstəliyini 3 dəqiqə ərzində aşkar etməyə imkan verəcək İyun 18, 2015 | 12:00 / Texnoloji yeniliklər

Yaponiyanın Seva Universitetinin mütəxəssisləri və “Mytech” şirkətinin əməkdaşları xərçəng xəstəliyini 3 dəqiqə ərzində aşkar etməyə imkan verən unikal texnologiya hazırlayıblar.

Alimlərin sözlərinə görə, diaqnostika üçün xüsusi metal örtüyün üzərinə bir damla qan yerləşdirmək və onu işıqlandırmaq lazımdır. Bunun üçün şüanın müxtəlif növlərindən, həmçinin ultrabənövşəyi şüalardan istifadə olunur. Bu zaman xərçəng xəstəliyinə yoluxmuş insanların qanı işıqlanmağa başlayır, sağlam insanların qanında isə heç bir dəyişiklik baş vermir.

Cəmi 3 dəqiqə vaxt tələb edən bu test çox sadədir. Mütəxəssislər testin bu il həkimlər tərəfindən istifadə olunacağını ümid edirlər.

meddaily.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı