“Google” şəhərlərin quruluşunu təkmilləşdirəcək İyun 12, 2015 | 10:00 / Maraqlı məlumatlar

ABŞ-ın “Google Inc.” internet şirkəti şəhərlərin quruluşunun təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi üçün bölmə yaradıb.

Şirkətin baş direktoru Larri Peycin sözlərinə görə, yeni “Sidewalk Labs” bölməsi diqqəti şəhərlərdə texnologiyaların inkişafı və tətbiqi sayəsində yaşayış xərcləri, nəqliyyat sistemlərinin effektivliyi və elektrik enerjisindən istifadə kimi məsələlərin həlli üçün həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldəcək.

O qeyd edib ki, urbanistikada texnologiyaların təkmilləşdirilməsi dünyada milyardlarla insanın həyatını yaxşılaşdıra bilər.

ictnews.az saytının məlumatına əsasən, “Sidewalk Labs”ın direktoru vəzifəsinə Nyu-York merinin iqtisadi inkişaf və tikinti məsələləri üzrə keçmiş müavini Deniel Doktoroff təyin ediləcək. O, “Sidewalk Labs”ın dünya şəhərlərində tətbiq edilə biləcək texnologiya, platforma və müasir infrastrukturun inkişafında mühüm rol oynayacağını bildirib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı