Özünü məhv edə bilən “casus” elektronikası yaradılıb İyun 08, 2015 | 11:00 / Maraqlı məlumatlar

Beynəlxalq mühəndislər qrupu radiosiqnal üzrə yüksək temperaturlara qədər qızaraq özünü tamamilə məhv edə bilən “casus” elektronikası yaradıblar.

“Biz özünü bərpa edən materialların hazırlanması zamanı meydana çıxmış ideyalardan istifadə edərək həmin prosesi əksinə çevirdik”, – deyə Urbana şəhərində yerləşən İllinoys Universitetindən (ABŞ) Skot Uayt bildirib.

“Casus” elektronikasının sirri onun elektrik cərəyanı və informasiyanın hərəkət etdiyi metal komponentlərinin istehsal edilmə üsuludur. Onlar üç qatdan – cərəyan keçirən maqnezium alt qatı, yumşaq polimer alt qat və xüsusi mum örtüyündən ibarətdir.

Həmin mum örtük isə mum və nitrat turşusunun mikroskopik köpüklərindən təşkil olunub. Bu cihaz qızdırıldıqda mum əriyir və turşu metalın səthinə düşərək onu tamamilə həll edir.

nanonewsnet.ru saytının məlumatına əsasən, cihazın özünü məhv etmə sürəti mum qatının qalınlığından və turşunun konsentrasiyasından asılıdır. Bu örtük elektron cihazı ən tez 20 saniyəyə, ən gec isə bir neçə dəqiqəyə məhv edə bilir.

Alimlər elektronikaya özünü məhv etmə rejiminin idarə olunması üçün radio dalğaları elektrik enerjisinə çevirən xüsusi radioqəbuledici və ona birləşdirilmiş, siqnal verildikdə qadjeti qızdıran induktiv spiral əlavə ediblər.

Qeyd edək ki, ABŞ ordusu uzun müddətdir ki, düşmən tərəfindən tutulan pilotsuz uçan aparatların müdafiəsi üçün özünü məhv etmə funksiyası olan elektronikanın yaradılması ilə maraqlanır. Buna görə də ekoloji cəhətdən bir çox üstünlüklərə malik yeni elektronika hərbçilərin diqqətini cəlb edəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı