“Google” şirkəti sensor ekranlı geyimləri satışa çıxaracaq İyun 08, 2015 | 10:39 / Maraqlı məlumatlar

“Google” şirkətinin nümayəndələri yaxın zamanda dünyada ilk sensorlu geyim olan “Project Jacquard”ı təqdim edəcəklər. İdeya olduqca sadədir – parçaya geyimi yüksək texnologiyalı qurğuya çevirən keçirici saplar daxil ediləcək.

Layihə müəllifləri iddia edir ki, keçirici saplar incə olsa da, kifayət qədər möhkəmdir. Bu sapları istənilən növ geyimə toxumaq mümkündür.

Bu kimi texnologiyaları gələcəyin “ağıllı ev” sisteminə tətbiq edərək evdəki bütün elektron qurğuları geyimin köməyi ilə distant olaraq idarə etmək mümkün olacaq.

Mühəndislər texnologiyanın prototipini təcrübi olaraq nümayiş etdiriblər. “Jacquard”ın keçirici salfetləri “Philips Hue” lampalarını idarə etməyə imkan verib.

Korporasiya nümayəndələri ümid edirlər ki, gələcəkdə geyim vasitəsilə elektron qurğuları idarə etmək daha sadə və intuitiv olacaq, o cümlədən sensorlu parçaların həssaslığı noutbukların “touchpad”ləri və ya planşetlərin ekranlarına nisbətən on dəfələrlə yüksək olacaq.

Hazırda “Google” istehsalçı və dizaynerlərlə əməkdaşlığa başlayır, layihə rəhbərliyi yeni ideyalara açıqdır.

nanonewsnet.ru

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı