3D-filmlər beyin üçün faydalıdır İyun 02, 2015 | 09:19 / Maraqlı məlumatlar

3D-filmlər beyin üçün faydalıdır. Belə bir nəticəyə “Thrill Laboratory” və Qoldsmits kollecinin alimləri gəlib. Aparılan eksperimentdə 100-dən artıq insan iştirak edib. Könüllülərdən ibarət bir qrup “Qəhrəmanlar şəhəri” animasiya filmini 3D, digər qrup isə 2D formatında seyr edib. İştirakçılar filmdən əvvəl və sonra yaddaşın, reaksiya vaxtının və koqnitiv funksiyaların qiymətləndirilməsi üçün nəzərdə tutulmuş koqnitiv testləri yerinə yetiriblər.   

Sonra isə tədqiqatçılar nəticələri müqayisə ediblər. Onlar aşkar ediblər ki, 3D filminə baxan könüllülər arasında informasiyanın koqnitiv emalı sürəti 23% artıb, reaksiya vaxti isə 11% azalıb. Alimlərin fikrincə, 3D-filmlər koqnitiv pozulmaların yaranmasının qarşısını almağa qabildir.

Eksperimentin ikinci hissəsində könüllülər filmə baxarkən xüsusi qarnitur onların beynini skan edib. meddaily.ru saytının bildirdiyinə görə, 3D-filmini seyr edən iştirakçıların beyninin aktivliyi daha yüksək olub. Bu könüllülər filmə baxma prosesinə 7 % daha güclü cəlb olunub. Ehtimala görə, 3D-filmlərini seyr etmək real həyatdakı hadisələri müşahidə etmək prosesinə bənzəyir.  

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı