Cənubi Koreya milli 5G şəbəkəsinin inkişafına 1,5 milyard dollar yatıracaq Yanvar 22, 2014 | 03:00 / Texnoloji yeniliklər

Cənubi Koreya hökuməti simsiz 5G şəbəkəsinin inkişafına 1,6 trilyon von (1,5 milyard dollar) yatırmaq niyyətindədir. www.digit.rusaytının məlumatına görə, bu barədə Cənubi Koreya Elm Nazirliyinin rəsmi bəyanatında bildirilib. 

Beşinci nəsil rabitə şəbəkəsinin 2017-ci ildə sınaq istismarına, 2020-ci ilin dekabrında kommersiya istifadəsinə verilməsi planlaşdırılır. Yeni şəbəkənin sürətinin hazırda istifadə olunan 4G şəbəkəsinin sürətindən təxminən min dəfə çox olacağı gözlənilir ki, bu da 800 Mbayt tutumlu faylları 1 saniyəyə yükləməyə imkan verəcək. 

Cənubi Koreya hökuməti şəbəkə üzərində işlərə "SK Telecom" və "Korea Telecom" milli rabitə operatorlarını, eləcə də "Samsung" və "LG" şirkətlərini cəlb etmək fikrindədir. Nazirliyin məlumatına görə, şəbəkə işə salındıqdan sonra 2020-2026-cı illərdə "5G" şəbəkəsi və müvafiq qurğular üçün avadanlığın istehsalı ilə məşğul olan şirkətlərin satış həcmi 331 trilyon vondan (təxminən 310 milyard dollar) çox ola bilər. 

5G üçün avadanlığın istehsalı ilə Cənubi Koreyanın "Samsung" şirkəti və bir müddət əvvəl 2018-ci ilədək bu istiqamətdə 600 milyon dollar yatırmaq niyyətində olduğunu bildirən Çinin "Huawei" şirkəti məşğul olur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı