Hərəkət edən proyektorla təchiz olunmuş smartfonun prototipi təqdim edilib May 29, 2015 | 11:00 / Texnoloji yeniliklər

Pekində keçirilən “Tech World” sərgisində Çinin “Lenovo” şirkəti  təsviri yayımlamağa və müxtəlif səthlərdə virtual sensor ekran yaratmağa imkan verən proyektorla təchiz olunmuş “Smart Cast” adlı qurğunun prototipini təqdim edib.

Hərəkət edən mexanizmə malik proyektor smartfonun aşağı hissəsində yerləşdirilib. Qurğu adi vəziyyətdə təsvir və ya videonun şaquli səthdə yayımlanması üçün nəzərdə tutulub.

Smartfonu 180 dərəcə çevirdikdə və şaquli vəziyyətə gətirdikdə proyektor güzgülü sistem vasitəsilə masada və ya digər üfüqi səthdə virtual sensor ekran yaradır.

“Smart Cast” smartfonunun satışa çıxarılma tarixi haqqında məlumat verilməyib.

hitech.newsru.com

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı