Parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb May 29, 2015 | 11:02 / Maraqlı məlumatlar

Hindistan və ABŞ alimləri tərəfindən brauzer tarixçəsinə və sosial şəbəkələrdə aktivliyə əsaslanan parolları əvəz edəcək yeni autentifikasiya sistemi hazırlanıb. Sistem sayəsində smartfonda bu və ya digər xidmətdən, məsələn, mobil pul kisəsindən istifadə etmək üçün bir neçə sualı cavablandırmaq kifayət edəcək.

ictnews.az saytının məlumatına görə, bütün suallar istifadəçinin əvvəlki aktivliyi ilə əlaqədar olacaq. Məsələn, servis bu gün səhər kimdən SMS-bildirişin alınmasını soruşa bilər. Sistemin soruşduğu informasiya unikal və qeyri-adi olduğundan saxtalaşdırılmanı çətinləşdirir.

“ActivPass” adlanan xidməti artıq 70 nəfər sınaqdan keçirib. Autentifikasiyanın dəqiqliyi 95 faizə çatır. Bunun üçün istifadəçilərin “Facebook” sosial şəbəkəsində aktivliyi haqqında məlumatlar, brauzerdə baxış tarixçəsi, bildirişlər və smartfonlarda həyata keçirilən digər əməliyyatlardan istifadə edilir.

Hakerlərin proqramı sındırma ehtimalı 5 faizdir. Hazırda bu təhlükəsizlik səviyyəsi ciddi autentifikasiya sistemləri üçün yetərli deyil. Lakin təhlükəsizlik sahəsində keçiriləcək tədqiqatlar ənənəvi parolları əvəzləməyə imkan verəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı